23 Sentyabr 2025, 11:07
Sentyabrın 23-ü saat 11:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Oğuzda 12, Lerikdə 9, Şamaxı 8, Şəkidə (Kişçay) 7, Göygöl, İsmayıllı, Neftçala, Astara, Yardımlı, Lənkəran, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, Ağdam, Daşkəsən, Gədəbəy, Sabirabad, Cocuq Mərcanlı, Tovuz, Culfa, Qobustan, Bərdə, Zərdabda 3 mm-dək qeydə alınıb.
Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb.