Avqustun 10-u saat 10:00-a olan faktiki hava

10 Avqust 2025, 10:17

Avqustun 10-u saat 10:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin avqustun 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.