Avqustun 9-u saat 11:00-a olan faktiki hava

09 Avqust 2025, 11:14

Avqustun 9-u saat 11:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin avqustun 9-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Goranboyda 19, Naftalanda eləcə də Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.