İyunun 24-ü saat  15:00-a olan faktiki hava

24 İyun 2025, 15:21

İyunun 24-ü saat 15:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27, Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Zərdabda 18, Mingəçevirdə 16, Yevlax, Şabran və Şəkidə 15 m/s-yə çatır.

Dənizdə dalğanın hündürlüyü 2.2 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.