İyunun 23-ü saat 11:00-a olan faktiki hava

23 İyun 2025, 11:30

İyunun 23-ü saat 11:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti davam edir.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 30, Zaqatalada 9, Kişçayda (Şəki) 8, Balakəndə 5, Astara, Tovuz və Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Oğuz, Qəbələ, Quba, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Şahbuz, Daşkəsən, Gədəbəy, Lənkəran, Göygöl, Şəmkir, Gəncə, Tərtər, Naftalan, Xaltan və Xınalıqda 1 mm-dir.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 23, Naftalanda 18 m/s-dək güclənir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin 24-ü axşamadək davam edəcəyi gözlənilir.