İyunun 15-i saat 22:00-a olan faktiki hava

15 İyun 2025, 22:35

İyunun 15-i saat 22:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakı və Abşeron yarımadasında 25, Naftalanda 24, Şahdağ və Gəncədə 20, Goranboyda 19, Mingəçevirdə 18, Culfada 16 m/s-yə çatır.

Daşkəsən, Naftalan, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Quba və Qusarda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Saat 19:50 radələrində Zaqatala rayonunun Muğanlı kəndinə diametri 15-17, Qax rayonunun Sarıbaş kəndinə isə saat 19:40-19:45 radələrində diametri 6 mm olan dolu düşüb.

Daşkəsən, Altıağac, Qusar, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 50 m-dək məhdudlaşır.