
02 May 2025, 09:20
Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət
Avtomat hidroloji stansiyaların mayın 2-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Suyun səviyyəsi Böyük Qafqaz ərazisindən axan Qusarçay-Kuzunda 10 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 15 sm, Zabuxçay-Bozluda 8 sm, Tərtərçay-Vəngdə 4 sm, Bərgüşadçay-Əliquluuşağıda 3 sm, Oxçuçay-Bürünlü və Quruçay-Böyük Tağlarda 2 sm artım qeydə alınıb.