Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət

01 May 2025, 09:53

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət

Avtomat hidroloji stansiyaların mayın 1-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Vəlvələçay-Afurcada 5 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 6 sm artım qeydə alınıb.

Transsərhəd çaylarında Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 665 m3/san, normanın 92%-ni, Qanıx-Cəlayır məntəqəsində isə 15 sm artıb, su sərfi 178 m3/san, normanın 90%-ni təşkil edir.