FAKTİKİ HAVA

15 Avqust 2021, 13:30

FAKTİKİ HAVA

Avqustun 15-i saat 13:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, dolu düşüb.

Düşən yağışın miqdarı: Qusarda 30 mm (aylıq normanın 89%-i), Tovuzda 20 mm (aylıq normanın 82%-i), Qrızda 19 mm, Ləzə məntəqəsi (Qusar), Zaqatalada 15 mm, Qazaxda 12 mm, Şahdağ, Sədərəkdə 3 mm, Qubada 2 mm, Naxçıvan, Daşkəsən, Şəmkir, Balakəndə 1 mm-dək olub.

Dolu: Avqustun 14-ü saat 17:20-17:35 radələrində Qrız-Qudyalçayda (Quba), saat 17:30-17:40 radələrində Ləzə məntəqəsində (Qusar) diametri 5 mm olan, Zaqatala rayonunun Əlibəy, Yuxarı və Aşağı Tala kədlərinə xırda dənəli dolu düşüb.

Külək: Şimal-şərq küləyi Əlibəy məntəqəsində (Zaqatala) 34 m/s, Balakəndə 24 m/s, Naxçıvan, Zaqatala, Naftalanda 18 m/s, Kəlvəzdə 17 m/s-dək güclənib.

Havanın temperaturu: Bakıda iqlim normasından 7.0° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38°-dək isti, aran rayonlarında 40°-dək isti, dağlıq rayonlarda 30°-dək isti, Naxçıvan MR-da 40°-dək isti olub.