23 Aprel 2025, 17:30
Yer Günü ilə əlaqədar Milli Hidrometeorologiya Xidmətində tələbələr üçün təlim keçirilib
Gənclərin hidrometeorologiya sahəsi üzrə biliklərinin artırılması məqsədilə ETSN-in Milli Hidrometeorologiya Xidmətində Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbələri üçün təlim proqramı təşkil olunub.
Təlim zamanı həm nəzəri, həm də praktiki biliklər əhatə edilərək tələbələrə hidrometeorologiyanın müasir metodları və tətbiqləri barədə geniş məlumat verilib.
Daha sonra gənclər MHX-nin əməliyyat mərkəzi olan Situasiya Mərkəzində istifadə edilən müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar. Xidmətin mütəxəssisləri tərəfindən hidrometeoroloji cihazların istifadə qaydaları, hidrometeoroloji məlumatların qəbulu, emalı prosesləri, həmçinin əldə edilmiş məlumatlar əsasında dəqiq və etibarlı hava proqnozlarının hazırlanması metodologiyası ətraflı izah olunub.
Təlimin interaktiv hissəsində diskussiya sessiyası keçirilərək Xidmətin mütəxəssisləri tərəfindən suallar ətraflı cavablandırılıb.