
16 Aprel 2025, 00:35
Çaylarda müşahidə olunan faktiki vəziyyət
Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb.
Avtomat hidroloji stansiyaların aprelin 16-sı saat 00:00 məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 52 sm, Qarasuçayda 33 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay və Qabırrı-Kəsəməndə 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 38 sm, Köndələnçayda 11 sm, Quruçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.