
12 Avqust 2021, 10:30
FAKTİKİ HAVA
Avqustun 12-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb, şərq küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.
Düşən yağışın miqdarı: Naxçıvan, Şahbuz, Ağdərə (Ordubad), Daşkəsən, Göygöl, Şəmkir, Zaqatala, Qusar, Cəfərxan, Salyan, Bakıda 1 mm-dək olub.
Külək: Şərq küləyi arabir Daşkəsəndə 28-33 m/s, Qəbələdə 24 m/s, Şəki, Ağstafa, Gəncə,Göygöldə 20 m/s, Naftalan, Cəfərxan, Kəlvəz, Gədəbəydə 18 m/s, Tovuz, Şəmkirdə 16 m/s, Xaltanda 15 m/s-dək güclənib.
Havanın temperaturu: iqlim normasından 6.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40°-dək, aran rayonlarında 42°-dək, dağlıq rayonlarda 32°-dək, Naxçıvan MR-da 40°-dək isti olub.