Martın 20-si saat 18:00-a olan faktiki hava

20 Mart 2025, 18:17

Martın 20-si saat 18:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin martın 20-si saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada 21 m/s, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18 m/s, Naxçıvanda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır.
 
Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.