İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti

14 Mart 2025, 15:10

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın milli parklarının yerləşdiyi bölgələrdə istirahət günlərində,15-16 mart tarixlərində ziyarətçiləri günəşli və əlverişli hava şəraiti gözləyir.

Abşeron Milli Parkında yağmursuz və günəşli hava şəraiti gözlənilir. Səhər və axşam saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 20-25° isti olacaq.

Göygöl Milli Parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 20-24° isti olacaq.

Şahdağ Milli Parkında sabit, əsasən yağmursuz hava şəraiti olacaq. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 17-22° isti olacaq.

Altıağac Milli Parkında yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 20-24° isti olacaq.

Samur-Yalama Milli Parkında yağmursuz və günəşli hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 27-29° isti olacaq.

Şirvan Milli Parkında da sabit, yağmursuz və günəşli hava şəraiti olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11, gündüz 25-27° isti olacaq.

Ağgöl Milli Parkında yağmursuz hava gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 23-26° isti olacaq.

Qızılağac Milli Parkında yağmursuz hava şəraiti olacaq, gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-23° isti olacaq.

Hirkan Milli Parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 20-24° isti olacaq.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında əsasən yağmursuz və günəşli hava şəraiti olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 20-25° isti olacaq.