28 Fevral 2025, 19:15

Milli Hidrometeorologiya Xidmətində "Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır" mövzusunda tədbir keçirilib

1 mart - Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar Milli Hidrometeorologiya Xidmətində (MHX) Nərimanov rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsinin nümayəndələrinin iştirakı ilə "Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır" mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə MHX-nin rəisi Nazim Mahmudov iştirakçıları salamlayaraq MHX-nin tərəfindən ölkəmizdə Erkən Xəbərdarlıq Sisteminin inkişaf etdirməklə mülki müdafiə sahəsində əvəzsiz töhfə verilməsi barədə qeyd edib.

Daha sonra tədbir iştirakçılarına Mülki Müdafiə Gününün mahiyyəti, əhəmiyyəti, eyni zamanda fövqəladə hadisələr zamanı təhlükəsizliyin təmin edilməsində məsuliyyət və bu sahədə görülən müdafiə tədbirləri barədə ətraflı məlumat verilib.

Mülkü müdafiə üzrə mütəxəssisləri tərəfindən kimyəvi zəhərlənmə hallarında qaz maskalarından düzgün istifadə, zəlzələ baş verdikdən sonra xilasetmə tədbirlərinin həyata keçirilməsi, dəm qazından boğulma hallarında ilkin tibbi yardımın göstərilməsi mövzularında çıxışlar edilib.

Tədbirin sonunda MHX-nin əməkdaşlarına mülki müdafiə sahəsində innovativ texnologiyalar haqqında geniş və ətraflı məlumat verilib, mülki müdafiə vasitələri əyani olaraq göstərilib.