27 Fevral 2025, 17:28
Milli Hidrometeorologiya Xidmətində Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının hesabat iclası keçirilib
Milli Hidrometeorologiya Xidmətində (MHX) 2024-cü il üzrə YAP-ın Nərimanov rayon təşkilatı sədrinin və digər üzvlərinin iştirakı ilə hesabat iclası keçirilib.
Tədbirdə açılış nitqi ilə MHX-nin rəisi Nazim Mahmudov iştirakçıları və qonaqları salamlayaraq hidrometeorologiya sahəsində ölkəmizdə görülən işlər, o cümlədən YAP-ın üzvləri olan MHX-nin əməkdaşlarının ölkəmizin ictimai-siyasi həyatında aktiv fəaliyyətləri barədə ətraflı məlumat verib.
Daha sonra YAP-ın Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın ölkəmizin siyasi- sosial həyatında əhəmiyyətli rolunun olduğu barədə qeyd edib.
İclas zamanı həmçinin, tədbir iştirakçıları tərəfindən bu ilin ölkə rəhbərliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə xüsusi olaraq vurğulanıb.
Tədbirdə YAP-ın Nərimanov rayon təşkilatı tərəfindən YAP-ın və Nərimanov rayonunun ictimai-siyasi həyatında, eyni zamanda 2024-cü il ərzində ölkədə keçirilən seçkilərdə göstərdiyi aktiv fəaliyyətə görə MHX-nin bir sıra əməkdaşları təltif olunub.
Tədbirin sonunda qonaqlar MHX-nin hidrometeorologiya muzeyi və Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, hava proqnozunun hazırlanması proseslərinin icrası barədə əyani olaraq tanış olublar.