
22 Fevral 2025, 22:20
Fevralın 22-si saat 22:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin fevralın 22-si saat 22:00-a olan məlumatına əsasən hazırda Abşeron yarımadasının bəzi ərazilərinə, eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Qax (Sarıbaş), Zaqatala, Ceyrançöl, Tovuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Balakən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astaraya qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 17 dərəcəyədək şaxta qeydə alınıb.