Yanvarın 23-ü saat 9:00-a olan faktiki hava

23 Yanvar 2025, 09:30

Yanvarın 23-ü saat 9:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 23-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində  hava şəraiti  arabir yağıntılı olub. 
 
Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir.
 
Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq  küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.
 
Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə  duman müşahidə olunub. 
 
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.