
02 Yanvar 2025, 11:26
Yanvarın 2-i saat 11:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 2-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 02-də gecə Şahdağda zəif qar yağıb.
Pirallahı, Neft Daşları, Sabirabad, Cəfərxanda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5, yüksək dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.