FAKTİKİ HAVA

27 İyul 2021, 21:30

FAKTİKİ HAVA

İyulun 27-si saat 21:30-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Göy-göl, Balakən, Mingəçevir, Tərtər, Şəki, Şamaxıda şimşək çaxıb, yağış yağıb.

Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm , Gədəbəy rayonunun Miskinli kəndində 18:15-18:20 radələrində 5-6 mm , Gədəbəyin Plankəndində 18:02-18:20 radələrində Gəncə şəhərinin bəzi yerlərinə leysan yağışıyla bərabər xırda dolu yağmışdır.

Külək: Şimal-qərb küləyi arabir Ağstafada 20 m/s, Naxçıvanda 18 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 15-20 m/s, arabir 23 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb