Dekabrın 28-i saat 17:30-a olan faktiki hava

28 Dekabr 2024, 18:00

Dekabrın 28-i saat 17:30-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 17:30-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Şəki, Quba, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçalada arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağır.

Binə, Pirallahı, Çilov adası, Şərur, Daşkəsən, Göygöl, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ, Göyçayda duman müşahidə olunub, görünüş 50-200 metrədək məhdudlaşıb.
Qərb küləyi arabir Naftalanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 9, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb.