
27 İyul 2021, 14:00
SOMMER şirkəti tərəfindən hidroloqlar üçün treninq keçirilmişdir
26-27.07.2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində Avstriyanın Sommer şirkətinin yaradıcı direktoru Michael Sommer Azərbaycan Respublikası çayları üzərində yerləşən məntəqələrdə quraşdırılmış olan şirkətin istehsal etdiyi suyun səviyyəsini və sürətini ölçən RQ30 stasionar və RP30 portativ avtomat hidroloji cihazların iş rejimi və alınan məlumatların vizualizasiyası, olardan istifadə sahəsində treninq keçirmişdir.
Treninqdə Milli Hidrometeorologiya Xidmətinin 20-dək mütəxəssisi, o cümlədən onlayn internet əlaqəsi vasitəsilə regional idarələrin mütəxəssisləri iştirak etmiş və onlara şirkət tərəfindən müvafiq sertifikatların verilməsi nəzərdə tutulur.
Treninqin praktiki davamı kimi cənab Sommerlə birlikdə Kür çayında həmin cihazlardan istifadə etməklə su ölçmə işlərinin aparılması da planlaşdırılır.