Dekabrın 15-i saat 13:30-a olan faktiki hava

15 Dekabr 2024, 13:52

Dekabrın 15-i saat 13:30-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 15-i saat 13:30-a olan məlumatına əsasən ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

Cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Naxçıvan MR-da 9, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.