Dekabrın 12-si saat 20:00-a olan faktiki hava

12 Dekabr 2024, 20:40

Dekabrın 12-si saat 20:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 12-si saat 20:00-a olan məlumatına əsasən Quba, Qusar, Gəncə, Gədəbəy, Göygöl, Tərtər, Goranboy, Göyçay, Şamaxı, Şəki, Yevlax, Şəmkirdə yağış, Şahdağ və Daşkəsəndə isə sulu qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s, Daşkəsəndə 23 m/s, Şəkidə 20 m/s, Mingəçevir, Zəngilan, Naftalan, Bərdə, Ağdam, Yardımlıda 18 m/s, Qobustanda 16 m/s, Kəlbəcər, Şamaxı, Laçın, Lerikdə 15 m/s-dək güclənib.

Müşahidə olunan yağıntılı və küləkli hava şəraitinin dekabrın 14-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.