FAKTİKİ HAVA

25 İyul 2021, 12:25

FAKTİKİ HAVA

İyulun 25-i saat 12:20-yə olan məlumata əsasən bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.

Düşən yağışın miqdarı: Lerikdə 24 mm (aylıq normanın 145 %-i), Yardımlıda 16 mm (aylıq normanın 98 %-i), Astarada 10 mm, Qrızda 6 mm, Tovuz, Sarıbaşda (Qax) 4 mm, Zaqatala, Kişçayda (Şəki), Qusarda 3 mm, Ceyrançöl, Xınalıq, Quba, Balakən, Şəkidə 2 mm, Şabran, Şahdağ, Şamaxı, Oğuz, Xaltan, Daşkəsən, Gəncə, Şəmkir, Mingəçevirdə 1 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Xınalıqda 34 m/s, Naftalanda 21 m/s, Neftçala, Gəncədə 20 m/s, Göytəpədə 18 m/s, Şirvanda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda: Bakıda 20 m/s, Qum adası, Binədə 19 m/s, Qumyataqda 18 m/s, Neft Daşları, Pirallahı, Maştağada 17 m/s, Çilov adası, Sumqayıtda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Duman: Daşkəsən, Göygöl, Balakən, Qrız, Sarıbaşda (Qax) müşahidə olunub.

Havanın temperaturu: iqlim normasından 1.6° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°-dək isti, aran rayonlarında 32-37° isti, dağlıq rayonlarda 17-23° isti, Naxçıvan MR-da 34-38° isti olub.