FAKTİKİ HAVA

24 İyul 2021, 10:35

FAKTİKİ HAVA

İyulun 24-ü saat 10:30-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi güclənib.

Düşən yağışın miqdarı: Oğuz, Şahdağda 8 mm, Göygöldə 7 mm, Qrız, Qubada 4 mm, Qusar, Qəbələ, Xaltanda 2 mm, Gədəbəydə 3 mm, Naxçıvan, Şərur, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Tərtər, Mingəçevir, Yevlax, Gəncə, Kişçay (Şəki), Oğuz, Şəki, Xaçmaz, Şabranda 1 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 25 m/s, Neftçalada 20 m/s, Mingəçevirdə 17 m/s, Gəncədə 15 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu: iyulun 23-də Bakıda iqlim normasından 1.5° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-31° isti, aran rayonlarında 33-39° isti, dağlıq rayonlarda 22-24° isti, Naxçıvan MR-da 34-41° isti olub.