Noyabrın 15-i saat 09:00-a olan faktiki hava

15 Noyabr 2024, 09:19

Noyabrın 15-i saat 09:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub.

Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.