
08 Noyabr 2024, 21:50
Noyabrın 8-i saat 21:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 8-i saat 21:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.
Yağışın gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağışlı hava şəraiti noyabrın 9-u axşama doğru tədricən kəsiləcək.