
03 Noyabr 2024, 23:05
Noyabrın 3-ü saat 23:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 3-ü saat 23:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, Yardımlı, Lerik, Astara, Lənkəran, Şərur, Ordubad, Culfa, Şahbuz, Naxçıvan, Quba, Qax, Şəki və Şabranda arabir leysan xarakterli yağış, Şahdağ və Qusarda isə qar yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Şirvanda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağ, Neftçalada 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Şəkidə 15 m/s təşkil edir.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.5 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti noyabrın 4-ü səhər saatlarından tədricən səngiyəcək. Lakin qısa fasilədən sonra 4-ü axşam və 5-də yenidən küləyin güclənəcəyi gözlənilir.
Yağıntılı hava şəraiti isə noyabrın 4-ü günün ikinci yarısından tədricən kəsiləcək.