
16 İyul 2021, 17:00
Nəzərinizə çatdırırıq ki, 27-28 oktyabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərində Tehran Konvensiyasının Katibliyi və Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə xəzəryanı dövlətlərin Koordinasiya Komitəsinin (KASPKOM) təşkilatçılığı ilə “Xəzər dənizi regionunda iqlim dəyişmələri” mövzusunda onlayn formatda elmi praktiki konfrans keçiriləcəkdir.
Konfransda Xəzəryanı ölkələrin Milli Hidrometeorologiya Xidmətlərinin və bu sahədə digər maraqlı tərəflərin, mütəxəssislərin və alimlərin iştirakı planlaşdırılır. Maraqlanan şəxslər tezis və məruzələri 10.08.2021-ci il tarixindən gec olmayaraq [email protected]
elektron ünvanına göndərə bilərlər.
Konfrans haqqında ətraflı məlumat aşağıdakı linkdə verilmişdir:
https://tehranconvention.org/ru/news/nauchnaya-konferenciya-po-izmeneniyu-klimata-v-regione-kaspiyskogo-morya
https://tehranconvention.org/en/news/scientific-conference-climate-change-caspian-sea-region