FAKTİKİ HAVA

14 İyul 2021, 12:10

FAKTİKİ HAVA

İyulun 14-ü saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub. Yağan leysan yağış nəticəsində Əsrikçay, Əsrik-Cırdaxan, Zəyəmçay-Ağbaşlar ( Tovuz rayonu ) məntəqələrindən sel keçib.

Düşən yağışın miqdarı: Balakəndə 52 mm (aylıq normanın 67 %-i), Kürmükçay İlisuda 45 mm (aylıq normanın 58%-i), Zaqatalada 25 mm (aylıq normanın 32 %-i), İsmayıllıda 14 mm, Qrızda 13 mm, Şahdağ, Sarıbaşda (Qax) 16 mm, Şəmkirdə 10 mm (aylıq normanın 39%-i), Xınalıqda 10 mm, Gəncədə 9 mm (aylıq normanın 38 %-i), Gədəbəydə 9 mm, Şinçay Şin, Kişçayda (Şəki) 5 mm, Ceyrançöl, Qəbələdə 3 mm, Daşkəsən, Xaltanda 2 mm, Ağdərə (Ordubad), Sədərək, Tovuz, Şəki, Altıağac, Xaçmaz, Quba, Qusarda 1 mm-dək olub.

Külək: Qərb küləyi arabir Naftalanda 22 m/s, Gəncə, Ceyrançöldə 18 m/s, Göyçayda 16 m/s-dək güclənib.

Havanın temperaturu: iqlim normasından 3° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-33° isti, aran rayonlarında 33-38° isti, dağlıq rayonlarda 21-26° isti, Naxçıvan MR-da 33-37° isti olub.