
12 Oktyabr 2024, 18:20
FAKTİKİ MƏLUMAT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.
Yağan leysan yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.
Düşən yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.