
08 Oktyabr 2024, 21:30
Oktyabrın 8-i saat 21:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 8-i saat 21:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib.
Tərtər, Zaqatala, Balakən, Sarıbaş (Qax), Kişçay (Şəki), Ceyrançöl, Gədəbəy, Göygöl, Göyçay, Naxçıvan, Şərurda arabir yağış yağıb, şimşək çaxıb.
Şimal-qərb küləyi arabir Goranboy, Naftalanda 28 m/s, Mingəçevirdə 26 m/s, Gəncədə 25 m/s, Tərtərdə 24 m/s, Ağdamda 22 m/s, Zaqatala, Bərdədə 20 m/s, Ceyrançöl, Tovuz, Şəkidə 18 m/s, Şəmkirdə 16 m/s, Yevlaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib.
Sabirabad, Cəfərxan, Neftçala, Qrızda duman müşahidə olunub.