26 Sentyabr 2024, 12:30

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələrlə görüş keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə maarifləndirici tədbir keçirilib.

Tədbir çərçivəsində Xidmətin mütəxəssisləri “Azərbaycanda iqlim dəyişmələri fəaliyyətləri” və “Fəlakət riskini azaltmaq üzrə Sendai çərçivəsi” mövzularında çıxış ediblər.

Tələbələrə dünyanı narahat edən qlobal problemlərdən biri olan iqlim dəyişmələri, ətraf mühitə mənfi təsirlər göstərən istixana qazları emissiyalarının dünya miqyasında sürətli artımı və Azərbaycanın da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmadığı barədə məlumatlar verilib.

Sonda gənclərlə mövzu ətrafında geniş müzakirələr aparılaraq, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti barəsində çıxışlar olub.