Sentyabrın 21-i saat 9:00-a olan faktiki hava

21 Sentyabr 2024, 09:08

Sentyabrın 21-i saat 9:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 21-i saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu
Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.