
02 İyul 2021, 17:30
Gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
İyulun 03-05-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-38°-dək yüksələcəyi gözlənilir.Azərbaycanın rayonlarında
İyulun 03-05-də havanın maksimal temperaturunun bəzi rayonlarda 37-39°, ayrı-ayrı yerlərdə 41-43°-dək yüksələcəyi gözlənilir. Əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 04-05-də arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı 60-70% təşkil edir.