03 Sentyabr 2024, 09:50

Milli Hidrometeorologiya Xidmətində Rusiyanın Dövlət Hidrometeorologiya Universitetinin (RDHU) rektoru ilə görüş keçirilib

RDHU-nun rektoru Valeriy Mixeyevin ölkəmizə rəsmi səfəri çərçivəsində MHX-də görüş keçirilib.

Xidmətdə keçirilmiş görüş zamanı universitet rektoru Situasiya Mərkəzi ilə tanış olaraq mərkəzin fəaliyyəti, ölkəmizdə hidrometeorologiya sahəsində görülən işlər və müşahidə şəbəkələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə aparılan modernizasiya işləri barədə məlumatlandırılıb.

RDHU-nun rəsmisi ilə hidrometeorologiya, iqlim dəyişmələri ilə mübarizə, Xəzər dənizində səviyyə tərəddüdünün araşdırılması sahələri üzrə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.