Sentyabrın 2-si saat 14:30-a olan faktiki hava

02 Sentyabr 2024, 15:04

Sentyabrın 2-si saat 14:30-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 2-si saat 14:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Xaçmazda 20 m/s, Naftalan, Altıağacda 18 m/s, Qubada 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.