
25 Avqust 2024, 21:50
Avqustun 25-i saat 21:00-a olan faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin avqustun 25-i saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, Şəki, Qobustan, Altıağac, Quba, Şamaxı, Xaltan, Qrız, Sabirabad, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlı, Astarada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağır, şimşək çaxır.
Öncədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 24 m/s, Culfada 18 m/s, Zaqatalada 17 m/s, Şəki, Şirvanda 15 m/s-dək güclənib.