Avqustun 25-i saat 15:00-a olan faktiki hava

25 Avqust 2024, 15:30

Avqustun 25-i saat 15:00-a olan faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin avqustun 25-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.
 
Göygöldə duman müşahidə olunub.

Öncədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.