İstirahətə gedənlərin nəzərinə - avqustun 19-dan 26-dək milli parklarda gözlənilən hava şəraiti

19 Avqust 2024, 14:15

İstirahətə gedənlərin nəzərinə - avqustun 19-dan 26-dək milli parklarda gözlənilən hava şəraiti

Göygöl milli parkı
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 20-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 20-24° isti olacaq.

Şahdağ milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 19-20-də gündüz saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.

Altıağac milli parkı
Əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti olacaq.

Samur–Yalama milli parkı
Şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 23-də gündüz, 25-də isə gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-32°isti olacaq.

Şirvan milli parkı
Turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.

Ağgöl milli parkı
Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

Qızılağac milli parkı
Səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.


Hirkan milli parkı
Cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 19-u və 20-də gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.