25 İyun 2021, 19:00
Milli Hidrometeorologiya Xidmətində Kürün aşağı axınında su idarəçiliyinin problemləri ilə bağlı beynəlxalq ekspertlə görüş
25.06.2021-ci il tarixində Avropa ittifaqı su təşəbbüsü plyus(EUWI+) layihəsinin sahilyanı sular üzrə beynəlxalq eksperti Qrozdan Kuspilic Milli Hidrometeorologiya Xidmətində sahilyanı suların monitorinqinin təşkili mövzusunda çıxış etmişdir.Çıxış zamanı ekspert xüsusilə şirin çay sularının, keçid sularının ,duzlu dəniz sularının sərhədlərinin və onlara hər hansı fiziki, kimyəvi, hidromorfoloji təsirlərin müəyyən edilməsi mövzusunda öz tövsiyyələrini vermişdir.
Azərbaycanın Xəzər sektorunda ilk dəfə olaraq sahilyanı suların monitorinqi layihə çərçivəsində təşkil olunması barədə layihə çərçivəsində aparılan tədqiqatlardan bəhs etmişdir.
Eyni zamanda beynəlxalq ekspert qeyd etmişdir ki, yaxın illərdə Avropa İttifaqı Su Təşəbbüsü layihəsi Azərbaycanla əməkdaşlığa geniş yer verir və bu sahədə sahilyanı suların monitorinqinə, xüsusilə də Kürün deltası ilə bağlı gələcəkdə yaranan duzlaşma , daşqın və s. problemlərin qarşısının alınması sahəsində birgə işlərin aparılacağını xüsusi qeyd etmişdir.