İstirahətə gedənlərin nəzərinə - avqustun 13-dən 19-dək milli parklarda gözlənilən hava şəraiti

12 Avqust 2024, 16:45

İstirahətə gedənlərin nəzərinə - avqustun 13-dən 19-dək milli parklarda gözlənilən hava şəraiti

Göygöl milli parkı
Hava əsasən yağmursuz keçəcək. Lakin 13-dən 16-dək əsasən gündüz saatlarında fasilələrlə yağış yağacağı şimşək çaxacağı gözlənilir. Dolu düşəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-23° isti olacaq.

Şahdağ milli Parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 13-də gün ərzində, 14-ü axşamdan 16-sı gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi 14-15-də arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti , gündüz 25-29° isti olacaq.

Altıağac milli Parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 21-26° isti olacaq.

Samur–Yalama milli parkı
Şimal bölgəsinə səyahət edənləri bəzi günlərdə əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin 13-14 və 16-da gündüz saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-30°isti olacaq.

Şirvan milli parkı
Sabit, yağmursuz hava şəraiti gözlənilir. Lakin 14-də axşamdan 15-i gündüzədək qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-32° isti olacaq.

Ağgöl milli parkı
Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 13-də gündüz qısamüddətli, 14-ü axşamdan 15-i gündüzədək arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-26° isti, gündüz 29-32° isti olacaq.

Qızılağac milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 14-də gündüzdən 15-i axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-32° isti olacaq.

Hirkan milli parkı
Cənub zonasına səyahət edənləri mülayim, yağmursuz hava şəraiti gözləyir. Lakin 14-ü və 17-də gündüz saatlarında, 15-də isə gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-32° isti olacaq.