Ölkə ərazisində müşahidə olunan hava şəraiti

29 İyul 2024, 16:40

Ölkə ərazisində müşahidə olunan hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-u saat 16:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Daşkəsən, Gədəbəy, Göygöl, İsmayıllı, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Şəki, Balakən, Qobustan, Tərtər, Biləsuvar, Lerikdə isə yağıntılar leysan xarakterli olub.

Daşkəsən, Göygöl, Şəmkir, Göyçay, Lerikdə duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 28, Aran rayonlarında 27, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti olub.