
28 İyul 2024, 22:40
Çaylarda faktiki vəziyyət
İyulun 28-si saat 22:30-a olan məlumata əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda, Qudyalçayda və Qarasu çaylarında suyun səviyyəsində artım, Zaqatala rayonundan keçən Muxaxçayda sel keçməsi qeydə alınıb.
Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev qeyd edib ki, son günlər ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində Şəki rayonu ərazisindən axan Damarçın və Şinçayda, Zaqatala rayonu ərazisindən axan Talaçayda, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançayda, Qax rayonu ərazisindən axan Kürmükçayda, Quba rayonu Xınalıq kənd ərazisindən axan Xınalıqçayda, Astara rayonu ərazisindən axan Təngərüdçayda, Tovuz rayon ərazisindən axan Zəyəmçayda, Daşkəsən, Göygöl və Gəncə şəhəri ərazilərindən axan Gəncəçayda, Samux rayon ərazisindən axan Qabırrıçayda və Daşkəsən, Göygöl və Samux rayon ərazilərindən axan Qoşqarçayda hazırda sel müşahidə olunur.