İyulun 28-i saat 21:30-a olan faktiki hava

28 İyul 2024, 21:50

İyulun 28-i saat 21:30-a olan faktiki hava

İyulun 28-i saat 21:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, Balakən, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Göyçay, Zərdab, Kürdəmir, Cəfərxan, Sabirabad, Yardımlı, Astarada arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
 
Şimal-qərb küləyi güclənərək narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 25 m/s-yə çatıb.