İyulun 27-si saat 22:00-a olan faktiki hava

27 İyul 2024, 22:50

İyulun 27-si saat 22:00-a olan faktiki hava

İyulun 27-si saat 22:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.
 
Qəbələ, Naftalan, Bərdə, Daşkəsən, Gədəbəy, Yardımlı, Tərtər, Yevlax, Goranboy, Naftalan, Zaqatala, Şəki, Gəncə, Göyçay, Oğuz, Göygöl, Sarıbaş(Qax), Xınalıq, Şahdağ, Mingəçevir, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarıbaşda(Qax), Qrızda duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir güclənərək narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 26 m/s-dək güclənib.