İyulun 23-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi

23 İyul 2024, 15:35

İyulun 23-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi

Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Göygöldə kiçik, Gəncədə yüksək, Tovuz, Tərtər, Ağstafa, Naftalan, Ağdam, Şəmkirdə isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Qəbələ, Oğuzda kiçik, Şəki, Zaqatala, Balakəndə yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Xızı, Qusar, Qubada yüksək, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxı, İsmayıllı, Qobustanda yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Yardımlı, Astara, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Qeyd: İyulun 24-də dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.