İyulun 18-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi

18 İyul 2024, 15:20

İyulun 18-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi

Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Daşkəsən, Göygöldə orta, Gəncə, Tərtər, Tovuzda yüksək, Ağstafa, Naftalan, Ağdam, Şəmkirdə isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Qaxda kiçik, Şəki, Qəbələ, Oğuz, Zaqatala, Balakəndə isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Xızı, Qusar, Qubada yüksək, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxı, İsmayıllı, Qobustanda yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astarada orta, Yardımlı, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Qeyd: İyulun 19-da bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.