05 İyul 2024, 15:37
İyulun 5-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi
Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Gədəbəy, Göygöldə kiçik, Gəncə, Tovuz, Tərtərdə orta, Ağstafa, Naftalanda yüksək, Ağdam, Şəmkirdə isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Qaxda kiçik, Şəki, Qəbələ, Oğuz, Zaqatala, Balakəndə isə orta yanğın təhlükəsi növünə çatmışdır.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şahdağ, Qusarda kiçik, Xızı, Qubada orta, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxıda kiçik, İsmayıllı, Qobustanda isə orta yanğın təhlükəsi növünə çatmışdır.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astarada kiçik, Yardımlı, Lənkəranda isə orta yanğın təhlükəsi növünə çatmışdır.
Qeyd: İyulun 6-da hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.